|
- Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: «Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?»
- Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: «Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq».
- Mən bunu eşitdim, ancaq başa düşməyib soruşdum: «Ey ağam, bəs bunların nəticəsi necə olacaq?»
- O cavab verdi: «Get, ey Daniel. Çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq.
- Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək.
|
|