|
- «Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.
- İki gün sonra bizi dirildəcək, Üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq.
- Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
- Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir.
- Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır.
|
|