|
- Çünki bu büt İsrailin işidir, Usta onu düzəldib, Ona görə də Allah deyil. Samariyadakı dana bütü Xıncım-xıncım olacaq.
- Onlar külək qaldırdı, Qasırğa alacaqlar. Sünbül bitirməyən buğda un verməz, Versə də, yadlar onu udacaq.
- İsrail udulmuşdur, İndi onlar millətlər arasında Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.
- Onlar tənha gəzən vəhşi eşşək kimi Aşşur tərəfə getdi. Efrayim muzdla özünə oynaşlar tutdu.
- Onlar millətlər arasında muzdla oynaş tutsalar da, Mən indi onları bir yerə toplayacağam. Onlar qüdrətli padşahın zülmündən Azalmağa başlayacaq.
|
|