|
- Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar düz adamları pula, Möhtacları da bir cüt çarığa satır,
- Yoxsulları toz-torpağın içinə salıb əzir, Məzlumlara yol vermir. Ata və oğul eyni qızla yatıb Müqəddəs adımı ləkələyir.
- İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər.
- Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.
- Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız.
|
|