|
- Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm.
- O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi: “Xalqım İsrailin axır günü yetişib. Artıq onlardan əl çəkməyəcəyəm.
- Həmin gün saray nəğmələri fəryada çevriləcək. Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq. Sonra sükut olacaq”. Xudavənd Rəbb belə bəyan edir.
- Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın!
- Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq.
|
|