|
- Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək?
- Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin.
- Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
- Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.
- Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar.
|
|