|
- O durdu, yeri tərpətdi, Baxdı, millətləri sarsıtdı, Qədim dağlar dağıldı, Əzəldən qalan təpələr ona baş əydi. Allahın yolu əbədidir.
- Gördüm ki, Kuşan çadırları əziyyət altındadır, Midyan çadırlarının pərdələri lərzəyə gəldi.
- Ya Rəbb, məgər Sən Çaylara qarşı qəzəblənmisən? Acığın irmaqlara qarşıdırmı? Yoxsa dənizə qarşı hiddətlənmisən? Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?
- Yayını açdın, Oxdanını oxlarla doldurdun. Sela Yer üzünü çaylarla yardın.
- Səni görüb dağlar lərzəyə gəldi, Sellər hər yanı süpürüb axdı, Dərinliklər gurladı, dalğalar qalxdı.
|
|