Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3   qeri  
  -1   [font9]   +1  
SEFANYA 1 [Azerbaycan:NIV]   
 
  1. Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.
  2. Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm».
  3. Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm.
  4. Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.
  5. Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri,
  1. The word of the LORD that came to Zephaniah son of Cushi, the son of Gedaliah, the son of Amariah, the son of Hezekiah, during the reign of Josiah son of Amon king of Judah:
  2. "I will sweep away everything from the face of the earth," declares the LORD.
  3. "I will sweep away both men and animals; I will sweep away the birds of the air and the fish of the sea. The wicked will have only heaps of rubble when I cut off man from the face of the earth," declares the LORD.
  4. "I will stretch out my hand against Judah and against all who live in Jerusalem. I will cut off from this place every remnant of Baal, the names of the pagan and the idolatrous priests-
  5. those who bow down on the roofs to worship the starry host, those who bow down and swear by the LORD and who also swear by Molech,
 
 
  1. Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm».
  2. Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.
  3. Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri, Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.
  4. O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam».
  5. Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».
  1. those who turn back from following the LORD and neither seek the LORD nor inquire of him.
  2. Be silent before the Sovereign LORD, for the day of the LORD is near. The LORD has prepared a sacrifice; he has consecrated those he has invited.
  3. On the day of the LORD's sacrifice I will punish the princes and the king's sons and all those clad in foreign clothes.
  4. On that day I will punish all who avoid stepping on the threshold, who fill the temple of their gods with violence and deceit.
  5. "On that day," declares the LORD, "a cry will go up from the Fish Gate, wailing from the New Quarter, and a loud crash from the hills.
 
 
  1. Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin! Bütün tacirləriniz məhv olacaq, Tərəzidə gümüş çəkənləriniz qırılacaq.
  2. O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam.
  3. Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər.
  4. Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək.
  5. O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür!
  1. Wail, you who live in the market district ; all your merchants will be wiped out, all who trade with silver will be ruined.
  2. At that time I will search Jerusalem with lamps and punish those who are complacent, who are like wine left on its dregs, who think, 'The LORD will do nothing, either good or bad.'
  3. Their wealth will be plundered, their houses demolished. They will build houses but not live in them; they will plant vineyards but not drink the wine.
  4. "The great day of the LORD is near-- near and coming quickly. Listen! The cry on the day of the LORD will be bitter, the shouting of the warrior there.
  5. That day will be a day of wrath, a day of distress and anguish, a day of trouble and ruin, a day of darkness and gloom, a day of clouds and blackness,
 
 
  1. O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür!
  2. Rəbb deyir: «Adamlara elə bəla göndərəcəyəm ki, Kor kimi hara gedəcəklərini bilməyəcəklər, Çünki Mən Rəbbə qarşı günah ediblər. Qanları su kimi axacaq, Bədənləri yerdə çürüyüb peyin olacaq».
  3. Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.
  1. a day of trumpet and battle cry against the fortified cities and against the corner towers.
  2. I will bring distress on the people and they will walk like blind men, because they have sinned against the LORD. Their blood will be poured out like dust and their entrails like filth.
  3. Neither their silver nor their gold will be able to save them on the day of the LORD's wrath. In the fire of his jealousy the whole world will be consumed, for he will make a sudden end of all who live in the earth."
 
   
  irəli  1  2  3   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.