|
- O gün sən, ey xalqım, Mənə qarşı üsyankarlıq etdiyinə görə Daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları Sənin arandan uzaqlaşdıracağam, Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan.
- Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, Onlar Rəbbin adına pənah gətirəcək.
- İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, Çünki onlar qarnı tox yatacaq, Onları qorxudan olmayacaq».
- Ey Sion qızı, tərənnüm elə, Ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən!
- Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, Artıq pislikdən qorxmayacaqsan!
|
|