|
- Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
- O ancaq Rəbbin Qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər.
- Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar.
- Pis adamlarsa belə deyil, Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
- Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz.
|
|