Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 31   qeri  
  -1   [font9]   +1  
SÜLEYMANIN MƏSƏLLƏRİ 1 [Azerbaycan]   
 
  1. İsrail padşahı Davud oğlu Süleymanın məsəlləri:
  2. Hikmət və tərbiyəyə malik olmaq, Müdrik sözləri dərk etmək üçün,
  3. Salehlik, ədalət, insaf barədə İdrak tərbiyəsi almaq üçün,
  4. Cahillərə uzaqgörənlik, Gənc oğlana bilik və dərrakə vermək üçün;
  5. Qoy hikmətli qulaq asıb müdrikliyini artırsın, Dərrakəli adam sağlam məsləhət alsın.
 
 
  1. Bu yolla insanlar məsəl və kinayələri, Hikmətlilərin sözlərini və müəmmalarını anlasınlar.
  2. Rəbb qorxusu biliyin başlanğıcıdır, Amma səfehlər hikmət və tərbiyəyə xor baxar.
  3. Oğlum, ata tərbiyəsinə qulaq as, Ananın öyrətdiklərini kənara atma.
  4. Onlar başını gözəl çələng kimi, Boynunu boyunbağı kimi bəzər.
  5. Oğlum, qoyma səni günahkarlar azdırsın.
 
 
  1. Desələr ki: «Gəl bizimlə pusqu qurub qan tökək, Nahaq yerə günahsızları güdək,
  2. Gəl onları ölülər diyarı kimi diri-diri udaq, Tamam qəbirə düşənlərə bənzəsinlər.
  3. Onda çoxlu qiymətli sərvət taparıq, Evlərimizi talan malı ilə doldurarıq.
  4. Bizə qoşul, Qoy kisəmiz bir olsun»,
  5. Oğlum, onlara qoşulma, Yollarına ayaq basma.
 
 
  1. Çünki onların ayaqları pisliyə tərəf qaçar, Qan tökməyə tələsər.
  2. Bir quşun gözü önündə Tələ qurmaq faydasızdır.
  3. Çünki onların qurduğu pusqu öz qanlarını tökmək üçündür, Güdməkləri öz canları üçündür.
  4. Tamahkarın yolu həmişə belədir, Tamahı onun canını alar.
  5. Hikmət bayırda ucadan çağırır, Meydanlarda onun səsi ucalır.
 
 
  1. O, səsli-küylü küçələrin başında çağırır, Şəhər darvazalarında deyir:
  2. «Ey cahillər, nə vaxtadək Cəhaləti sevəcəksiniz? Nə vaxtadək rişxəndçilər rişxənddən zövq alacaq, Axmaqların bilikdən zəhləsi gedəcək?
  3. Məzəmmətimdən düzəlsəydiniz, Ruhumu üstünüzə tökərdim, Sözlərimi sizə bildirərdim.
  4. Sizi çağıranda məni rədd etdiniz, Əlimi uzadanda əhəmiyyət vermədiniz.
  5. Bütün nəsihətlərimi boş saydınız, Məzəmmətlərimi qəbul etmədiniz.
 
 
  1. Ona görə də sizin üzərinizə bəla gələndə güləcəyəm, Dəhşət sizi bürüyəndə,
  2. Tufan kimi dəhşət sizə hücum çəkəndə, Sizə qasırğa kimi bəla gələndə, Dara, əziyyətə düşəndə istehza edəcəyəm.
  3. O vaxt məni çağıranlara cavab verməyəcəyəm, Səylə axtarsalar da, məni tapa bilməyəcəklər.
  4. Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər,
  5. Nəsihətimi istəmədilər, Hər məzəmmətimi rədd etdilər.
 
 
  1. Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, Öz nəsihətləri ilə doyacaqlar.
  2. Cahili özbaşınalığı öldürəcək, Axmağı laqeydliyi məhv edəcək.
  3. Mənə qulaq asanlarsa əmin-amanlıqda yaşayacaq, Rahatlıq tapacaq, pislikdən qorxmayacaq».
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 31   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.